“Avtomobili saxlamağa yer yoxdursa, cərimələr niyə artırılır?” - DEPUTAT
“Bakıda 1 milyona qədər avtomobil var, ancaq şəhərdə parklanma yerlərinin sayı 20-30 min arasındadır. Bəs vətəndaş avtomobilini harada saxlasın? Avtomobili saxlamağa yer yoxdursa, cərimələr niyə artırılır, vətəndaş nə etsin?”
Deputat Fəzail Ağamalı da Bakıda parklanma sahəsində ciddi problem olduğunu vurğulayıb: “Yeganə həll yolu Bakıda uzunmüddətli parklanma yerlərinin yaradılmasıdır. Geniş meydanların, küçələrin altında da parklanma yerləri yaradıla bilər. Bunun şəhərsalma sisteminə daxil etməklə həll edə bilərik. Bakıda kanalizasiya və parklanma problemləri şəhər üçün iki ciddi problemdir, bunları sistemli həll etmək lazımdır. Heç bir cərimə, inzibati tədbirlər belə parklanmanın qarşısını ala bilməyəcəyik. Sürücü yolda düşüb kioskdan qəzet alanda avtomobilə cərimə gəlir. Bu, düzgün deyil. Bir dəqiqə, 5 dəqiqəyə saxlanmaya görə belə cərimələr yolverilməzdir. Xüsusən, təhsil müəssisələrinin qarşısında avtomobilin bir-iki dəqiqəyə görə saxlanılması ciddi narazılıq yaradır”.
Milli Məclisin Deputatı.