Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Sosial şəbəkələrdə dezinformasiyanın qarşısını necə almaq olar?

2022-01-13 14:22:03 282 baxış
Xəbər şəkil

Bu günlərdə Dövlət Təhlükəsizliyi Xidməti sosial şəbəkə istifadəçilərinə müraciət edərək onlardan bu mobil əlaqə vasitəsindən təyinatı üzrə istifadə etmələrini tələb etdi. Bu, səbəbsiz deyildi. Məsələ burasındadır ki, son vaxtlar bəziləri bu mobil rabitədən dövlət əleyhinə çağırışlar edir, cəmiyyəti çaşdırmağa yönələn yalan xəbərlər yayır, yüksək vəzifəli şəxsləri gözdən salan məlumatlar tirajlayır, onları şantaj etməyə çalışırlar.

Unutmayaq ki, sosial şəbəkələrin əsas missiyası insanlar arasında mobil rabitə yaradılması, onların tanışlıq, dostluq əlaqələrinin yaradılmasına, qarşılıqlı fikir mübadiləsinin aparılmasına və s. xidmət etməlidir. Kibertexnikanın möcüzə sayıla biləcək bu imkanlarından lazımi qaydada istifadə etmək, günün ən son yeniliklərini, insana xas olan sevinci, kədəri biri-biri ilə bölüşmək, paylaşımlarda, yazışmalarda, statuslarda əndazəni aşmamaq, qısaca desək, bu unikal imkandan ağılla, səbatla yararlanmaq tələb olunur.

Azərbaycanda sosial şəbəkələrdən istifadənin müddəti elə də  uzun deyil. İlk vaxtlarda istifadəçilərin təyinatına uyğun istifadə etdikləri bu şəbəkədə son vaxtlar bir sıra əllaməliklərin peyda olması əhalidə ciddi narahatlıq doğurur. Veb 2.0 ideologiyası əsasında yaradılmış sosial şəbəkə servisləri qısa müddətdə – son on il ərzində rahat ünsiyyət və fayl mübadiləsi vasitəsindən unikal kontent generasiya edən və yayan sosial mediaya çevrilmişdir. Hazırda sosial mediaya bloqlar (Blogger, Live Journal), mikro-bloqlar (Twitter, F-MyLife), sosial şəbəkə servisləri (Facebook, LinkedIn), wikilər (Wikipedia, Wetpaint), sosial bookmarking (Delicious, Cite ULike), sosial xəbərlər (Digg, Mixx), icmallar (e Pinions, Yelp), multimedia paylaşımı (Flickr, Youtube) aid edilir. “Facebook”, “Twitter”, “YouTube” və digər sosial media servisləri İnternet istifadəçilərinin mütləq əksəriyyətinin onlayn həyatının ayrılmaz hissəsinə çevrilib. Sosial medianın ənənəvi mediadan bir sıra üstünlükləri var: sosial media asanlıqla əlyetəndir; minimal xərc tələb edir; hamı üçün açıqdır − istənilən şəxs qlobal kommunikasiya platformasına qoşula və informasiya mənbəyi ola bilər; daha dinamik və çevikdir; əks əlaqə imkanları genişdir – auditoriyanın informasiya mənbəyi ilə qarşılıqlı təsir imkanı var; yüksək dərəcədə fərdiləşmə təklif edir; insanları vahid platformada birləşdirir və böyük həcmdə informasiya mübadilə etməyə imkan verir. Sosial media istifadəçilərinin spektri olduqca müxtəlifdir. Adi istifadəçilər sosial mediadan ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların, şəkillərin paylaşımı vasitəsi kimi yararlanırlar. Sosial medianın səmərəli əks əlaqə imkanları onu əlverişli kommunikasiya və təsir kanalına çevirir. Son dövrlər dövlət hakimiyyəti orqanları, siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları, özəl sektor sosial medianın bu potensialından geniş istifadə etməyə çalışırlar.

 Bununla belə, sosial media özü ilə bir sıra təhlükələr də gətirir. Bu təhlükələr fərdlərə, sosial qruplara, bütövlükdə dövlətə və cəmiyyətə yönələ bilər. Sosial şəbəkələrin fərdlərə yönəlik təhlükələri barədə müfəssəl məlumat verilir və konkret tövsiyələr təklif edilir. Son illərdə sosial medianın milli təhlükəsizliyə təhdidlər yarada biləcəyi narahatlıqları bütün dünya ölkələrində dövlət hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən dəfələrlə bəyan edilir. Burada müxtəlif risk ssenariləri mümkündür – terrorçular tərəfindən sosial medianın geniş istifadə olunması, ondan xarici qüvvələrin ölkənin daxili siyasətinə təsir aləti kimi istifadə etməsi və s.

Buna bənzər neqativ hallar bizim ölkəmizdə də baş verməkdədir. Radikal müxalifət təmsilçiləri mövcud iqtidarı gözdən salmaq, onun uğurlarını danmaq və ya kiçiltmək məqsədi ilə social şəbəkələrdən vicdansızcasına istifadə edirlər. Sayları az olduğundan bir müxalifətçi 5-6 saxta profil açaraq “fəaliyyət” göstərir. Təsadüfi deyildir ki, Azərbaycanı xarici qüvvələrin poliqonuna çevirməyə çalışan Əli Kərimlinin başçılıq etdiyi AXCP üzvləri bu saxtakarlığın önündə gedirlər.

Bəs soşial şəbəkələrdə törədilən məlumat diversiyalarının, şantajların, dövlət əleyhinə kütləvi itaətsizliyə çağırışların və s. çirkin əməllərin qarşısını necə almaq olar? Bunu necə təşkil etmək olar ki, həm də digər istifadəçilərin hüquqları pozulmasın?

Bu suallarla Milli Məclisin deputatı Elman Nəsirova müraciət etdik. Millət vəkili suallarımızı belə cavablandırdı:

-Son günlər barəmdə yayılan dezinformasıyaya əsasən, guya mən unun bahalaşmasının xalqımızın sağlamlığı üçün olduğunu demişəm. Bu dezinformasiya bütün sosial şəbəkələrdə yayılıb, rəylərdə məni hər kəs təhqir edib. Təsəvvür edin, demədiyim fikri adımdan yayırlar, məni təhqir edirlər və sonra da cəzasız qalırlar. Belə hallar daha da intensivləşib. Hesab edirəm ki, bunun əsas səbəbi məhz Yeni Azərbaycan Partiyasını təmsil etməyim, haqq işini müdafiə etməyimdir. Çünki ləkələmək, qaralamaq yolunu tutanlar Azərbaycandakı sabitliyi həzm edə bilmirlər. İstəyirlər ki, bizim ölkədə də Qazaxıstanda baş verən hadisələrin şahidi olaq. Bu niyyətdə olanlar satqınlar və dönüklərdir. Bütün bunlar deməyə əsas verir ki, bu gün sosial şəbəkələri tənzimləyəcək qanuna ciddi ehtiyac var. Əks halda, istənilən adamı gözdən sala, onun şərəf və ləyaqətini alçalda bilərlər. Qanun olacağı halda da, misal üçün, mən haqqımda dezinformasiya yayanları məhkəməyə versəydim və haqlı olaraq qalib gəlsəydim, həmin şəxslər həbs olunacaqdılar. Belə olan halda isə, onlara siyasi məhbus adı qoyulacaqdı. Nəticədə, qondarma “siyasi məhbus” siyahısını artırmış olacaqdılar. Biz bu kimi faktorları da nəzərə alıb susuruq, amma nəticədə böyük boşluq yaranır. Ona görə də qəti fikrim belədir ki, sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı qanunun qəbul edilməsinə böyük ehtiyac var.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04