Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Vədəsi dolmuş işlərlə, getmək vaxtı çatmış insanlarla vidalaşmağı bacarın.

2021-12-13 05:18:23 379 baxış
Xəbər şəkil

Qadınlara qarşı zorakılığın, vəhşi davranışların, qandonduran cinayətlərin sayı durmadan artır. Demək olar ki, hər səhəri ya qətl, ya döyülmə, ya da təcavüz xəbərləri ilə açırıq. Bütün bunlar qadınların həyatının ciddi təhlükə altında olduğunun xəbərçisidir və heç bir qadın bu durumdan sığortalanmayıb. Yəni hər an partnyorumuzun içindən ağzı qanlı canavar çıxa biləcəyi mümkündür.
Sevmək, aşiq olmaq, ailə qurmaq əlbəttə ki, hər kəsin haqqıdır. Amma gənc yaşda bir özünü bilməzin qurbanına çevrilməmək üçün kişi seçimində diqqətli olmaq lazımdır. Məsələn, qulağa sırğa ediləcək bir qayda var; münasibətin başlanğıcında sizə anormal davranış sərgiləyən kişilərin bir müddət sonra əli qanlı qatilə və ya yumruq göstərən tərəf ola biləcəyini gözardı etməyin. Şiddətin üstünü "sevgi" ilə örtüb "dərdimdən dəli-divanə olduğu üçün belə edir" deməyin. Çünki fiziki şiddətin episentrində psixoloji xəstəlik yatır və bu, dəhşətli təkanlara səbəb ola bilər. 
Əvvəlcə sahiblənir, sonra hakimiyyət qururlar. Xoş niyyətlə oturduqları taxtda qısa vaxtdan sonra xoşməramlı iqtidar deyil, qana boğan diktator kimi davranmağa başlayırlar. Bu, əvvəl-əvvəl qadınların xoşuna gəlir. "Filan yerə getmə, məndən xəbərsiz çölə çıxma, bunu geyinmə, onunla görüşmə" kimi sözlərlə kişinin onu qısqandığını düşünür, hələ "sevən qısqanar" deyib bununla öyünənlər də az deyil. Fəqət, bir müddət sonra onun dediyini etmədiyinizdə bomba kimi partladığını görürsünüz. Bu hirs gec, ya tez mütləq şiddətə çevrilir. Göz yumulduğu, üzərindən keçildiyi təqdirdə mərhələli şəkildə irəlilədiyini və qarşıda sizi dərin qaranlıq quyunun gözlədiyini əsla unutmayın.
Bir də hirs dağarcıqları var. İstər sizə, istərsə də digərlərinə ən primitiv mövzularda belə həddindən artıq təpki göstərirsə, əlini ora bura çırpır, yumruğunu sıxır, ağzı köpüklənə-köpülənə bağırırsa, bu kişi fəlakətiniz ola bilər. Belələri sükan arxasında birinə hirslənsə, işdə "quyruğu tapdansa", evə gəlib acığını sizdən çıxardacaq tiplərdir. Bir bəhanə tapıb içindəki zəhəri sizin vücudunuza yeridəcək. Ola bilər ki, yaxşı yönləri çoxdur, amma bu, onun şiddətə meyilli olmağı gerçəyini dəyişdirmir. Əvvəl axır o öfkəni şırnaqdan fışqıran su kimi üzərinizə püskürdəcək.
Günahkar axtarışında olanlara qarşı daha tədbirli olun. Ona görə ki, şiddətə meyilli insanlar əsla haqsız olduqlarını qəbul etmirlər. Belə məqamlarda həmişə başqalarını suçlayırlar. Bu suçlama adətən ən yaxınındakını hədəfləyir, məsələn, sevgilisini, arvadını. Uşaq ağlayırsa, günahkar qadındır, işləri yaxşı getmirsə, suçlu odur. Bu suçlamalar bir müddət sonra cəzalandırmaya keçir. 

Bunu əsla qəbul etməyin, münasibəti bitirin!

Əmrlə danışanları xəfifə almayın. Mütəmadi tələblər qoyan, "elə, get, gəl, otur, dur" kimi ifadələr işlədən kişilər təhlükəlidir. Nə nəzakət bilirlər, nə incəlik, onların dili tikan, içləri kol-kosdur. Bəlkə siz bu davranışı onun mühitinə, yetişdirilmə tərzinə bağlayırsınız, amma həqiqət elə deyil. Bu kişilər hərəkət edən şillə, təpik, yumruq, qanlı bıçaq, tavandan asılı hazır ipdirlər. Əmr etdiyi şeyə əməl edilməyəndə qadını doğulduğuna peşman edirlər. Qadın  "sevirəm" deyərək ona ayaq uydurur, amma təəssüf ki, uzaqlarda dolanan ölümə qapı aralamış olur. Sevgi insanların bir-birinə şəfqətli, anlayışlı davranması deməkdir. Əmrlə idarə edilmək, kiminsə reabilitasiya mərkəzinə çevrilmək heç bir qadının öhdəliyi olmamalıdır. Əslində, qadın bu hərəkəti ilə şiddəti kişinin beynində leqallaşdırmış olur. Hətta daha betəri öz beynində bunu normal hal kimi qəbul etməyə başlayır. Vəziyyət bir növ Stokholm sindromuna çevrilir. 
Üzr istəmək!!!!
Belə hala şahid olan qadının ürəyi yumşalır və acıyaraq onu yanında qalmağı seçir, bu zaman öz ölümünə şərait yaratdığının fərqində olmur. Hətta sabah beyninə çaxılacaq gülləni öz əli ilə kişini ovucuna qoyur. Bəziləri qadının ağzının qanını burnuna qarışdırır, yerlərdə sürüyür, sonra hədiyyələr alaraq, önündə diz çökərək, yalvarıb ağlayaraq üzr istəyir. Qadın isə hisslərinə yenilərək bu cür xəstə ruhlu kişiləri bağışlayır. Onun "sənsiz yaşaya bilmərəm" kimi boğazdan yuxarı sözləri qadına romantika kimi görünsə də, əslində, ölüm qoxan cümlə olduğunu anlamaq istəmir. Fərd, şəxsiyyət olmayan, dəyər anlayışını dərk etməyən, mütəmadi şikayətlənən, deyinən, özünü hamıdan üstün görən, məmən-mənəm söyləyib sinəsinə döyən, ara sözləri işlədən, söyüş dilindən düşməyən, dinləməkdən daha çox danışan,  öz zövqü üçün çalışan, hisslərinizi görməzlikdən gələn, dili zəhər saçan, anlamaqdan yox, danlamaqdan yana olan bütün kişilər həyatınızda yeriyən bombadır, partlaması an məsələsidir, nə qədər ki, gec deyil, qaçın canınızı qurtarın!..

Aygül Bağırova

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04