Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Yerin altında da sıxlıq və ləngimə: Səbəb nədir?

2021-10-17 13:26:27 225 baxış
Xəbər şəkil

Pandemiya dönəmində ölkə ərazisində bir sıra məhdudiyyətlər tətbiq edilsə də, zamanla onlar aradan qaldırılır. "Bakı Metropoliteni” də yeni tədris ilinin açılması ilə eyni vaxtda öz fəaliyyətini bərpa etdi. Metropoliten sərnişindaşımada hər zaman mühüm önəm kəsb edib və paytaxt ərazisində nəqliyyat sıxlığının azalmasına təsir göstərib. Bir sıra sahələrin yenidən əvvəlki normal fəaliyyətə başlaması, şübhəsiz ki, metroda sərnişindaşımaya da təsirsiz ötüşmür.

Bu səbəbdən də, "Bakı Metropoliteni” pik saatlarda qatarlar arasında intervalı azaldır. Elə bu günlərdə qurumun yaydığı açıqlamada da müəyyən edilmiş pik saatlarda intervalın 2 dəqiqəyə endirildiyi  bildirilirdi. Lakin metrodan daha çox istifadə edən şəxslər iddia edirlər ki, pik saatlarda 2 dəqiqəlik intervala riayət olunmur. Qatarlar 3,5-4 dəqiqə aralığında hərəkət edirlər ki, bu da pik saatlarda sıxlığa səbəb olur. Əgər belə bir durum varsa, ləngimələrə səbəb nədir?

Məsələ ilə bağlı “Kaspi” qəzeti araşdırma aparıb.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirdi ki, yeni tədris mövsümü başlayandan metropolitendə yubanma cəmi bir dəfə qeydə alınıb: "Bu, "İçərişəhər" stansiyasında qatara növbəti baxış keçirilməsi ilə bağlı olub. Həm də hadisə səhər pik saatdan əvvəl və qatarların xəttə çıxması dövrünə təsadüf etdiyindən, yalnız iki qatar arasında intervalda əksini tapıb. Başqa sözlə, ciddi qrafik pozulması, cədvəldən kənara çıxılma olmayıb. Ümumən metropolitendə 2-dəqiqəlik interval gur saatlarda tətbiq edilir. Yəni səhər 7:30-dan 9:30-a qədər, axşam 17:30-dan 19:30-a qədər. Bu iddia "28 May-Həzi Aslanov" sahəsinə aiddir. Təbii olaraq, iki xətt "28 May" stansiyasında kəsişdiyindən, bu stansiyadan həm "Dərnəgül", həm də "İçərişəhər" istiqamətində interval 2 dəfə böyüyür. Amma ümumən, gün ərzində ehtiyat qatarlar nəzərdə tutulur və lazım olduqda xəttə buraxılır. Bütövlükdə monitorinqlərlə bağlı qeydlərimdə yubanma, qrafik pozulması yoxdur. Yeganə istisna yuxarıda qeyd etdiyim iki qatar arasındakı intervaldır. Əgər hər hansı şübhə varsa, məmnuniyyətlə araşdırarıq”.

Metropoliten rəsmisi qeyd etdi ki, ümumən, yoxlama-nəzarət mexanizmlərində diqqət yetirilən əsas hədəflərdən biri də qapıların saxlanmamağına yönəldilib: "Hələlik, müsbət tendensiya var. İl yarımdan artıqdır ki, pandemiya şəraitində olduğumuzdan və metropolitenin fəaliyyətində zamanla məhdudiyyətlər tətbiq edildiyindən, sərnişinlər arasında metrodan istifadənin bir sıra məqamlarını xüsusi nəzarətdə saxlayır və onlar arasında iş aparırıq. Monitorinqlərə uyğun olaraq, tədris mövsümü tam həcmdə başladığından, sərnişinlərin axın istiqamətləri, gün ərzində sıxlıq müddətləri xüsusi araşdırılır.

Metrodan ilk dəfə və ya buna qədər az istifadə edənlərin uyğunlaşması, səmti daha asan və avtomatik müəyyən etməsi və s. praktiki vərdişlərin formalaşması kimi məsələlərə də xüsusi diqqət yetiririk. Hətta 2019-cu illə müqayisədə müsbət cəhətlər çoxdur. Bunu qoruyub saxlamaq metropolitençilərlə sərnişinlərin birgə və qarşılıqlı münasibətindən də çox asılıdır. Pandemiya dövründə maskanın düzgün taxılmasına bundan sonra da ciddi əməl olunsa, müsbətə doğru irəliləyiş davam edəcək. Bir də onu xüsusi qeyd edim ki, daşımaya, qrafikin pozulmasına gətirib çıxaran yubanma və onun səbəblərini açıq şəkildə ictimaiyyətə dərhal açıqlayırıq. Gizli heç nə saxlamırıq”.

B.Məmmədov əsaslı sərnişin artımının olduğunu vurğulayıb: "Amma bunu, yəqin, hər kəs bilir və gözləyirdi. Tədrisin tam həcmdə başlaması və bu şəraitdə metropolitendə seyrəklik müşahidə etməyin qeyri-mümkün olacağını adi məntiq də deyirdi. Əgər normal həyata qayıdışdan danışırıqsa, 2020-ci ilin martına qədər olan dövrdəki kimi metroda gur saatlarda sıxlıq, dərs vaxtının başa çatmasından asılı olaraq bəzi stansiyaların dolub-boşalması, zamanla daşıma yükünün artması adi hal sayılmalı deyil? Mən başqa cür təsəvvür etmirdim də”.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04