Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Mətbuat Şurasında intihar xəbərləri müzakirə olundu - FOTO

2021-10-17 06:24:51 315 baxış
Xəbər şəkil

Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) tərkibində 17 dövlət qurmunun təmsil olunduğu intihar və intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə yaradılmış İşçi Qrupun üzvlərinin Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbər şəxsləri ilə görüşü keçirilib.

Kanal4.az  xəbər verir ki, toplantını açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan Respublikasının Baş Prokurorunun təşəbbüsü ilə intihar və intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə yaradılmış İşçi Qrupu fəaliyyətdədir. Həmin qrupun üzvlərinin media təmsilçiləri ilə təmasları vacibdir. Bugünkü toplantı da belə bir təmasın yaradılması, mövcud sahədəki problem və çətinlikləri birgə müzakirə etmək və çıxış yolları müəyyənləşdirmək məramından irəli gəlir.

Ə.Amaşov məlumat verib ki, görüşdə Baş Prokurorluqla yanaşı, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə Nazirliklərinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman), Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edirlər.

“Biz bəzən medianın intihar hallarına geniş yer ayırdığını görürük. İntihar və intiharı doğuran səbəblər mediada necə işıqlandırılmalıdır? İctimaiəyyət bu barədə hansı tərzdə informasiyalar əldə etməlidir? İntiharın ictimai yükü varmı? Necə fəaliyyət göstərilməlidir ki, media materialı intiharı təbliğ edən vasitə təsiri bağışlamasın? Bu kimi məsələlər son dərəcə vacibdir”, - deyən Ə.Amaşov onu da bildirib ki, intihar mövzusu bəzən müəyyən KİV-lər tərəfindən manipulyasiya predmetinə çevrilir. Belə xoşagəlməz halların qarşısının alınması üçün mövcud sahədə maarifləndirməyə və digər qabaqlayıcı tədbirlərə ehtiyac duyulmaqdadır. Şura sədri mövcud istiqamətdə rəhbərlik etdiyi qurumla sözügedən işçi qrupun səmərəli əməkdaşlıq göstərməsi zərurətinə də toxunub.

MŞ-nin icraçı katibi, intihar və intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə yaradılmış İşçi Qrupun üzvü Şəmsəddin Əliyev çıxışında dünyada intiharlarla bağlı statistika ilə Azərbaycan reallığı arasında paralel aparıb. O bildirib ki, ölkəmizdə il ərzində 500 intihar hadisəsi baş verib. Bu rəqəm dünya dövlətləri ilə müqayisədə kiçik sayılsa da, narahatlıq üçün əsaslar verir. İntiharı və intihara cəhdi doğuran səbəblər ətrafında söz açmış Ş.Əliyev bu baxımdan alkaqol asılılığını, narkotik maddə aludəçiliyini önə çəkib.

O, həmçinin bildirib ki, intihar və intiharı doğuran halların araşdırılması üçün ayrıca elmi-tədqiqat mərkəzinin yaradılması daha faydalı olardı. Ş.Əliyev onu da vurğulayıb ki, intihar halları birbaşa Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırılır və mediaya onunla əlaqədar məlumatın bu dövlət orqanı tərəfindən nəzərdən keçirildikdən sonra verilməsi məqsədəuyğundur.

Toplantıda çıxış edən Baş Prokurorluğun İnstintaqa nəzarət idarəsinin prokuroru Nail Əliyev, Daxili İşlər Nazirliyinin Baş ictimai təhlükəsilik idarəsinin şöbə rəisi Rüstəm Nəsibov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Mehman Əmirəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin sektor müdiri Həsən Şamilov, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji şöbəsinin eksperti Nilufər İsmayılova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin məsləhətçisi Şəbnəm Əlizadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Rəhim Rəhimli müzakirə edilən mövzuya dair təmsil olunduqları qurumlar tərəfindən həyata keçirilməkdə olan fəaliyyətin müxtəlif tərəflərinə dair fikirlərini bölüşüblər.

MŞ İdarə Heyətinin üzvləri - “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının, həmçinin “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuzun, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan Bəhluloğlunun, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlunun, “Yeni Azərbaycan” qəzetinin baş redaktor müavini Nəzirə Nurullayevanın, “İki sahil” qəzetinin baş redakor müavini İsmayıl Hacıyevin, “APA Group”a daxil olan “Lent.az” saytının baş redaktoru Hafiz Heydərovun, “Teleqraf Holdinq”ə daxil olan “Publika.az” saytının baş redaktoru Aqil Lətifovun mövzu ilə bağlı fikirlərini ifadə etdikləri toplantı qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Görüşdə əlaqədar dövlət qurumlarının intiharlarla bağlı iş prinsipləri barədə suallar cavablandırılıb, eyni zamanda KİV-lərin mövzu ilə əlaqədar fəaliyyətindəki spesifika nəzərdən keçirilib, perspektiv əməkdaşlıq məsələlərinə toxunulub.

Mətbuat Şurasında intihar xəbərləri müzakirə olundu -  FOTO Mətbuat Şurasında intihar xəbərləri müzakirə olundu -  FOTO Mətbuat Şurasında intihar xəbərləri müzakirə olundu -  FOTO Mətbuat Şurasında intihar xəbərləri müzakirə olundu -  FOTO Mətbuat Şurasında intihar xəbərləri müzakirə olundu -  FOTO

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04