Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Suqovuşanın azad olunması Vətən müharibəsində  Böyük qələbəni təmin etmiş önəmli uğurlardandır

2021-10-08 20:26:41 193 baxış
Xəbər şəkil

Adı Madagiz idi. Ta o vaxtadək ki, rəşadətli ordumuz oranı düşmən tapdağı altından xilas etdi. O zaman Müzəffər Ali Baş Komandan dünyaya bəyan etdi ki, daha bu yer Madagiz yox, Suqovuşandır. Öz tarixi adına qovuşdu Suqovuşan. Bu cənab Prezidentin dünyaya, Ermənistana və onun havadarlarına növbəti mesajı oldu. 2020-ci ilin 3 oktyabr tarixi. Beləliklə, bu tarix bir başqa tarixlər kimi şərəflə yazıldı. Məhz bir il sonra Ali Baş Komandanın Suqovuşana getməsi təsadüfi deyil. Bu tarixi bir səfər oldu. 
Ümumiyyətlə deyə bilərik ki, Suqovuşan qəsəbəsinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyətə malik oldu. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və bu doğma məkanın əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Bu, çox əlamətdar hadisə idi. Müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğur oldu. Bu uğur əsgərlərimizin döyüş ruhunun yüksəlməsinə də səbəb oldu. Həmin vaxt Suqovuşan qəsəbəsindən başqa Talış kəndi də işğaldan azad edildi. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc verdi.   
Suqovuşan qəsəbəsi uğrunda döyüşlərdən sonra Ermənistan ordusu dərin mənəvi-psixoloji sarsıntı yaşamağa başlayır. Düşmənin bundan sonra gözü qorxmuşdu və bundan sonrakı dövrdə - oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Təsadüfi deyil ki, həmin vaxt Ermənistan ordusunda on mindən çox fərari meydana gəlir. Onlar görürdülər ki, Azərbaycan ordusunun qabağında dura bilmirlər. Mənasız əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilirdi. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi.
Ümumiyyətlə, 3 oktyabr 2020-ci ildə “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” xəbərini “Twitter” səhifəsində paylaşan Prezident, Ali Baş Komandan İlham Əliyev daha sonra isə Madagizin tarixi adının bərpa edildiyini, bundan sonra Suqovuşan adlandırılacağını bildirdikdə artıq düşmən uduzduğunu hiss etmişdi. Üçrəngli bayrağımızın Suqovuşanda dalğalanması hər birimizdə böyük qürur hissi doğurdu, bütün torpaqlarımızın işğaldan azad ediləcəyinə inamı daha da artırdı. Hərbi ekspertlərin bildirdiyinə görə, Ermənistan hərbçilərinin işğalından azad edilən bu ərazi Ağdərə və Sərsəng su anbarı istiqamətində xüsusi önəm daşıyan yolların nəzarətdə saxlanılmasına əlverişli şərait yaradır. 
Bununla bərabər, Su¬qovuşan yaşayış məntəqəsinin yağı düşməndən alınması cəbhənin həmin istiqamətində böyük bir ərazinin, eləcə də Ağdərənin, habelə digər sahələrin düşməndən təmizlənməsi ba¬xımından Azərbaycan Ordusu¬na böyük üstünlük yaradır. Ermənistan ordusu¬nun 6-cı dağ atıcı alayının qərargahı da Suqovuşanda yerləşirdi. Məhz həmin alayın ordumuzun uğurlu əməliyyatı nəticəsində darmadağın edilməsindən sonra Suqovu¬şan işğalçılardan təmizləndi. Beləliklə, Ağdərə və Ağdam şəhərlərini birləşdirən əsas təminat yolu Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi. Deməli, bununla da düşmənin əsas müdafiə xətti olan Ağdərə–Ağdam xəttinin mühasirəsinin reallaşmasın¬da mühüm bir üstünlük əldə edildi. Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi, həm də düşmənin Tərtər rayonuna buradan zərbələr endirməsinə son qoydu. Hərbi ekspertlərin bildirdiyinə görə, bundan sonra Ağdərə və Ağdam istiqamətində mövqe tutan iş¬ğalçı ordu uzun müddət duruş gətirə bilməyəcək. Şübhəsiz ki, Suqovuşanın yuxarıda qeyd edilən böyük hərbi-strateji əhəmiyyəti ilə bərabər, eyni zamanda, mühüm iqtisadi önəmi də var. Bununla bağlı bəzi məqamlara diqqət yetirək. Sərsəng və Suqovuşan su anbarları enerji təyinatlı anbarlardır. Sərsəng su anbarı 50 mqvt, Suqovuşan-1 su anbarı 4,8 mqvt və Suqovuşan-2 su anbarı isə 3 mqvt gücə malikdir. Həcmi ən böyük olan su anbarı isə Sərsəngdir. Bu, yalnız Qa¬rabağda deyil, ümumiyyətlə, Ermənistan da daxil olmaqla ən böyük su anbarıdır. Suqovuşan su anbarının strateji əhəmiyyəti olduqca vacib məsələ idi. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilib. Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibəyə qədər Aran Qarabağın rayonlarını əhatə edən 97 min hektar məhsuldar torpağın suvarılması Tərtərçay üzərində qurulmuş Sərsəng, Madagiz su anbarları, Sağ və Sol Sahil magistral kanalları vasitəsilə həyata keçirilib. 25 ildən artıqdır ki, su anbar-larının işğal altında olması Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarında əkinlərin suvarma suyu ilə təminatında çətinliklər yaradıb. Odur ki, dövlətimiz tərəfindən həmin ərazilərdəki əkin sahələrinin suvarma suyu¬na olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülürdü.
Prezidentin bir il sonra Suqovuşana tarixi səfəri çox guman ki, indiki səriştəsiz erməni hakimiyyətində və qorxaq ordusunda təkrar xof yaradıb. Bu başa düşüləndir. Düşmən bilir ki, işğaldan azad olunan hər bir Azərbaycan torpağına bundan sonra göz dikmək olmaz. Çünki “Dəmir Yumruq” yerindədir.

İlkin Bəşirov,
Salyan rayon Yolüstü kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04