Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Hizbullah”a qarşı “boz qurdlar” var

2021-10-04 14:39:36 228 baxış
Xəbər şəkil

İran-Azərbaycan münasibətləri indiki qədər gərgin olmamışdı. Azərbaycan müstəqillik qazandığı 30 ildə İranla münasibətlərdə zaman-zaman gərginliklər olub, ancaq hər dəfəsində bu uzun çəkməyib. Misal üçün Tehran Azərbaycanın BP şirkətiylə birgə Xəzərdəki neft yataqlarından birində çalışmasına əngəl oldu, bu məsələ donduruldu. İran təyyarələri 2000-ci illərin əvvəllərində Azərbaycanla sərhədi pozmağa başladılar, bu yolla bizə təzyiq etmək istədilər. Türk yıldızları Bakı səmasında göstəri düzənlədikdən sonra İran təyyarələri sərhəddən uzaq uçmağa başladılar. Bir dəfə də torpaqlarımızın işğalı davam edərkən İran Araz çayı üzərində su elektrik stansiyasının tikintisinə başlamaq istədi. Belə çıxırdı ki, Arazın bu tərəfində su elektrik stansiyasından erməni separatçıları faydalanacaqdılar. Tehran Bakının etirazını nəzərə aldı və tikintini təxirə saldı.

Bu dəfə isə etriaz etdik ki, Qarabağ separatçılarına yanacaq daşımayın, bu İran-Azərbaycan münasibətlərinə mənfi təsir edir. İran rəsmiləri və dini dairələri bu mövzu haqqında bir kəlmə danışmazkən, Azərbaycan-İsrail münasibətlərini hədəf aldılar. Əsas iddiaları belədir: “Sionist rejim İranla sərhəddə yerləşib”. Yəni demək istəyirlər ki, rəsmi Bakı İsrailin Azərbaycanda fəaliyyətinə şərait yaradıb və “sionistlər” sərhədə qədər yaxınlaşıblar. Bu ittihamı hamısı bir ağızdan dilə gətirdiyinə görə gəlinən nəticə budur: İranda yüksək səviyyədə Azərbaycanla bağlı toplantı keçirilib və iki qərar veriblər. Birinci qərarda Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edən açıqlamalar səsləndirməyə başlayıblar. İkinci qərar isə sərhəddə təlimlər keçirilməsinə dairdir. Azərbaycana qarşı ittihamları İranın ali dini lideri başda olmaqla, generalları, nazirləri və deputatları az qala gər gün səsləndirir, sosial şəbəkələrdə paylaşırlar.

İran rəsmiləri və din xadimləri əvvəllər də Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edirdilər, ancaq münasibətlərə xələl gətirilməsin deyə bunu bağlı qapılar arxasında səsləndirirdilər. İndi isə ittihamlarını açıq dilə gətirirlər və bununla Azərbaycanla münasibətləri gərginləşdirməyə üstünlük verdiklərini gizlətmirlər. Aydındır ki, Tehran istəyir deyə Azərbaycan İsraillə əməkdaşlıqdan imtina etməyəcək, hətta mümkündür ki, rəsmi Bakı Tehranın təzyiqləri qarşısında bir neçə ay öncə İsraildə açdığı ticarət nümayəndəliyi rəsmən səfirliyə çevirsin.

İran rəsmilərinin İsraillə bağlı Azərbaycana qarşı başqa bir iddiası da var: Guya bir neçə il əvvəl İran səmasında vurulan İsrailin pilotsuz uçuş aparatı Azərbaycan ərazisindən havaya qalxıb. Həmin pilotsuz uçuş aparatı guya kəşfiyyat xarakterli imiş. Azərbaycan üçüncü dövlətlərin öz ərazisindən İrana qarşı istifadəsinə yol vermir, bu Azərbaycanın təhlükəslizlik maraqlarına ziddir. Ancaq İran rəsmilərinin iddiası hipotetik olaraq doğru olsa belə, sonrakı illərdə İran səmasında İsrailə məxsus dron vurulmasına dair xəbər yayılmayıb. Ancaq rəsmi Bakı İranın Azərbaycandakı səfirinə xəbərdarlıq notası verdikdən sonra da İran Qarabağ separatçılarına yanacaq daşımaqda davam edib.

İranın hazırki prezidenti İbrahim Rəisi və onun mühafizəkar komandası Azərbaycana qarşı indiki siyasətini davam edərsə, bunun İrana heç bir faydası olmayacaq. Tam əksinə, Azərbaycan özünü İran təhlükəsindən qorunmaq üçün İranın ehtiyat etdiyi təşkilat (NATO) və dövlətlərlə (Türkiyə, İsrail, Pakistan, ABŞ) hərbi əməkdaşlığını gücləndirəcək.

Bu arada, İranın kəşfiyyat strukturlarının Azərbaycanda fəaliyyətlərini genişləndirəcəklərini proqnozlaşdırmaq olar. İran rəsmilərinin və dini dairələrinin ümidi Azərbaycanda İrana rəğbət bəsləyən qrupların artacağına və hakimiyyətə problemlər yaradacağınadır. Təsadüfi deyil ki, son zamanlar Azərbaycan vətəndaşları adından İsraili lənətləyən fikirləri internetdə yaymağa çalışırlar. “Hizbullah”ın bayraqlarını Azərbaycanda yaymağa çalışan insanlar da var. Azərbaycan heç zaman İranın daxili işlərinə qarışmadı. Ancaq Bakıdan Tehrana belə bir mesaj da göndərilməlidir ki, İran Azərbaycanda müxtəlif üsullarla tərəfdar qrupları formalaşdırmağa çalışarsa, Azərbaycan da İran daxilində oxşar fəaliyyətə başlaya bilər və bu mübarizədən İran daha çox zərərli çıxacaq, indinin özündə İran cəmiyyətində və ordusunda “boz qurd” işarəsi göstərənlərin sayı durmadan artır.

Elxan Şahinoğlu

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04