Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

" 20 Yanvar " faciəsi haqqında gizli qalan məqamlar.

2021-01-19 18:47:40 97 baxış
Xəbər şəkil

Sabah 20 Yanvar faciəsindən 31 il keçir. Bu hadisə tarixə təkcə “Qara Yanvar”, Azərbaycanın faciəsi deyil, həm də Azərbaycanın Azadlıq hərəkatının başlanğıcıdır.

Kanal4.az xəbər verir ki, tanınmış politoloq, Millət vəkili Arzu Nağıyev açıqlamasında bildirib ki, yanvar hadisələri elə-belə yetişməmişdi.
 
“1988-ci ildən başlayaraq Azərbaycanın Azadlıq hərəkatı, Ermənistanla sərhəddə baş verən hadisələr, ermənilərin Qarabağ iddiası, bunların hamısı bir zəmin idi ki, 90-cı il hadisələri baş versin”.

Ekspertin fikrincə, 20 Yanvar faciəsi həm də ona görə baş verdi ki, Azərbaycanda xaos vardı:
 
“O vaxt həm ermənipərəst qüvvələr, eyni zamanda Sovet rəhbərliyi başa düşürdülər ki, Azərbaycanda lidersizlik atmosferi yaranıb.

Məlumdur ki, Ulu Öndər Heydər Əliyev Mərkəzi Komitədən uzaqlaşdırılmışdı. Ona görə də nəyin bahasına olursa olsun, bu Azadlıq hərəkatını boğmaq lazım idi. Xüsusi xidmət orqanları da çalışırdılar ki, bundan istifadə edərək bu proseslərdə Azərbaycanın Azadlıq hərəkatını boğsunlar.

Əsas məqam da ondan ibarətdir ki, 4 diviziyanı Bakının ətrafında toplamışdılar. Dənizdən də onların dəstəyi vardı.

Məhz buna görə də nəyin bahasına olur-olsun, bunu boğmalı idilər. Eyni zamanda onlar bu proseslərə etnik və dini qarşıdurmanı da qatmaq istəyirdilər. Guya proseslər etnik baxımdan baş verir. Bu da baş tutmadı”.

Arzu Nağıyev deyir ki, Sovet rəhbərliyi faciəni törətməklə Azərbaycan xalqının qürur və mənliyini sındırmaq istəyirdi, lakin onlar buna nail ola bilmədilər:

“Qəflətən əliyalın Azərbaycan xalqının üzərinə tanklarla hücum etdilər. Nə qədər insanları öldürsələr, əsir və girov götürsələr də, sonrakı izdiham yatırılmadı.

Faciədə ölənlərin dəfn prosesi, Kirovun heykəlinin uçurularaq həmin ərazidə şəhidlərin dəfn edilməsi bütün dünyaya Azadlıq hərəkatının başlanğıcı kimi mesaj oldu. Ulu Öndərin Moskva açıqlamasından sonra Azərbaycanda artıq Azadlıq hərəkatı böyük vüsət aldı”.

Arzu Nağıyev düşünür ki, Sovet ordusu 20 Yanvar faciəsinin nəticələrini və səbəbkarlarını gizlətməyə çalışsa da, buna nail ola bilmədi:

“20 Yanvar faciəsində itkin və digər şəxslərin də aradan çıxarılması və müxtəlif adalarda basdırılması, dənizdə batırılması da xüsusi düşünülmüş addımlar idi. Onlar şahid istəmirdilər.

Onlar cinayətin Sovet ordusu tərəfindən həyata keçirilməsinə şahidlərin olmasını istəmirdilər. Əsas proses bundan ibarət idi. Azərbaycanın Azadlıq hərəkatının təməli məhz həmin gündən qoyuldu”.

Qeyd edək ki, Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub.

Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olub.

Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulub, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanıb.

Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Eyni zamanda bu gecədə evlərə girib uşaqları girov götürür, bəzilərini isə öldürürdülər...

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04