Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

“Mehdinin Xidmətçiləri Birliyi”nin terror təşkilatı kimi tanınması tələb edilir

2022-10-03 01:30:07 66 baxış
Xəbər şəkil
Böyük Britaniyada yaşayan soydaşlarımız Azərbaycanın Londondakı səfirliyinə radikal dini qrupun hücumu ilə bağlı İngiltərə parlamentinin üzvlərinə, Xarici İşlər Nazirliyinə və Avropa Parlamentinə müraciət edib. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumata görə, “Britaniya Azərbaycan İcması”nın sədri Fəridə Pənahovanın adından xarici işlər naziri Liz Trassa, daxili işlər naziri Priti Patelə, İngiltərə parlamentinin üzvləri Qraham Stüarta, Dominik Raaba, Bob Bləkmənə, Lord Conatan Duqlas Evansa və Avropa Parlamentinə ünvanlanan müraciətdə ölkəmizin hər cür dini ekstremizmdən uzaq olan dünyəvi, multikultural və tolerant dövlət olduğu xususilə vurğulanıb. Bu vandalizm aktının beynəlxalq hüquq normalarını, eləcə də Vyana Konvensiyasını kobudcasına pozduğu nəzərə çatdırılıb: “Böyük Britaniyadakı Azərbaycan icması bir çox londonluların və dünyanın hər yerindən gələn turistlərin dostları və ailələri ilə əyləndikləri Kensinqtonun mərkəzində baş vermiş bu hücumdan dərin sarsıntı keçirib və qəzəblənib. Belə barbarlıq aktı bizim Britaniya cəmiyyətinə, onun dəyərlərinə, bütün vətəndaş dünyasına hücumdur və biz bunu qətiyyətlə pisləyirik. Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə Londonda fəaliyyət göstərən radikalların hücumu qəbuledilməzdir və bu, diplomatik binanın toxunulmazlığı prinsiplərinin kobudcasına pozulmasıdır”. Müraciətdə hadisənin Britaniya-Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 30 illik yubileyi, Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Azərbaycanın Ermənistanla sülh danışıqlarının həlledici mərhələyə yaxınlaşdığı ərəfədə, ölkəmizin Aİ ilə neft və qaz sektorunda strateji əməkdaşlığın inkişafı fonunda baş verdiyinin təsadüfi olmadığına diqqət cəlb edilib. Qeyd edilib ki, bu olay həm Britaniyanın Azərbaycanla ikitərəfli münasibətlərinə qəsdən zərər vurmaq məqsədilə hazırlanıb, həm də Aİ ilə əməkdaşlıq çərçivəsində gedən mühüm prosesləri sıradan çıxarmağa hesablanıb. Hadisələrin ilk saatlarında Britaniya polisinin radikalların səfirliyimizin binasını zəbt etmək kimi cinayət xarakterli addımlarını səssizcə müşahidə etməsinə və fəaliyyətsizlik göstərməsinə xüsusi etiraz bildirilib. Səfirlik əməkdaşlarının həyatının təhlükə qarşısında olduğu bir məqamda xüsusi təyinatlı polis qüvvələrinin hadisə yerinə gec gəlməsi Böyük Britaniyanın xüsusi xidmət və hüquq-mühafizə orqanlarının təhlükəli duruma ciddi yanaşmadığının sübutu kimi qiymətləndirilib və bu cür halın qətiyyən yolverilməz olduğu vurğulanıb. Müraciətin sonunda Britaniyanın müvafiq orqanlarından Londondakı səfirliyimizə qarşı bu çirkin cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün lazımi hüquqi addımlar atılması tələb edilib, həmçinin “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasına və ləğv edilməsinə, sözügedən təşkilat üzvlərinin ölkədən dərhal deportasiya edilməsinə çağırış yer alıb: “Böyük Britaniyada yaşayan hər bir fərd ümumi tolerantlıq və insan hüquqlarına hörmət kimi dəyərlərimizi bölüşməli və radikal ideologiyanı dəstəkləyən və təbliğ edən insanlar aramızda yaşamamalıdır. Şübhə yoxdur ki, bu radikal qruplar cəzasız qalsa, tezliklə evlərimizi, məktəblərimizi və digər rəsmi orqanları hədəfə alacaqlar”. Xatırladaq ki, hadisədən dərhal sonra müvafiq məktub Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası adından da İngiltərənin daxili işlər naziri Priti Patelə göndərilib.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04