Xəbər lenti
"TuranBank"ın yeni Abşeron filialı müştərilərin xidmətində!
2022-10-02 04:30:03
131 baxış
Bu il fəaliyyətinin 30-cu ildönümünü qeyd edən, bank sektorunda dayanıqlılığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini bu illər ərzində qoruyub saxlayan TuranBank xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirir.
"APA-Economics" xəbər verir ki, Bankın yeni Abşeron filialı müştərilərin istifadəsinə verilib. Baş tutan rəsmi açılış mərasimində Bankın rəhbər şəxsləri iştirak edib.
Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 299 ünvanında yerləşən yeni filial daha geniş və müasir standartlara cavab verən ofis binası ilə şəhər sakinlərinin və biznes subyektlərinin xidmətlərdən daha operativ və rahatlıqla istifadə etməsini təmin edəcəkdir. Bütün zəruri imkanlara malik olan Abşeron filialı müştərilərin bank xidmət və məhsullarına əlçatanlığının təmin olunmasına şərait yaradacaqdır. Ölkənin siyasi və mədəni həyatında fəal iştirak edən, regionlarda sosial-iqtisadi tərəqqiyə dəstək olmaqda davam edən TuranBank-ın əsas missiyası kiçik və orta sahibkarlığa və iqtisadiyyatın real sektorunun inkişafına töhfə verməkdir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin genişləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirən Bank bu il də şəhər və regionlarda yeni filial və şöbələrin açılmasını planlaşdırır. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz.
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir