Xəbər lenti
“AzInTelecom”un yeni Data Mərkəzi “TİER III” infrastruktur sertifikatına layıq görülüb
2022-08-28 15:00:03
195 baxış
Dünya Bankının maliyyə dəstəyi ilə Ədliyyə Nazirliyi və “AzInTelecom” MMC-nin əlaqəli fəaliyyəti nəticəsində Bakı şəhərində yeni yaradılmış məlumat mərkəzi “Uptime İnstitute” tərəfindən “TİER III” Beynəlxalq dayanıqlılıq və etibarlılıq keyfiyyət standartları üzrə sertifikatlaşdırılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “AzInTelecom”a məxsus genişləndirilmiş “AZCLOUD” Əlçatanlıq Zonasında (Data Mərkəzi) yerləşən bu məlumat mərkəzində Ədliyyə Nazirliyinin bütün elektron informasiya resurslarının, o cümlədən “Elektron məhkəmə” sisteminin texniki-texnoloji infrastrukturunun dayanıqlı fəaliyyəti təmin ediləcək.
“Tier III” Beynəlxalq sertifikatına malik olan əlçatanlıq zonalarının bütün kritik infrastruktur sistemlərini xüsusi rejimdə rezervləməklə, hətta avadanlığa texniki baxış və ya təmir zamanı belə fasiləsiz fəaliyyət göstərməsi müasir rəqəmsal xidmətlərin dayanıqlılığının təmin edilməsinə imkan verəcək. Ən son avadanlıqlarla təchiz olunmuş Data Mərkəzinin infrastrukturu “Uptime İnstitute” tərəfindən keçirilmiş stress-testlərdə etibarlılıq və dayanıqlılıq meyarları əsasında 99.982% keyfiyyət səviyyəsi nümayiş etdirib. Bu göstəricilər isə il ərzində ümumi boşdayanma ehtimalı müddətinin 1.6 saatdan artıq olmaması deməkdir.
Bundan başqa, enerjidən istifadənin optimallaşdırılması, enerji mənbələrinin idarə edilməsi və enerji paylaşdırıcı avadanlıqlar sayəsində ətraf mühitə tam zərərsiz məlumat mərkəzi qurmaq mümkün olub.
Sertifikatlaşdırmanın nəticəsi ilə keçid vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, “AzInTelecom” Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Əlçatanlıq Zonasına sahibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
Konstitusiya tariximizin mühüm mərhələləri
Sabitlik və inkişafın hüquqi əsasları
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
Mavi göylərdə dalğalanan milli qürurumuz
Ucalan bayrağımız, güclənən dövlətimiz
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
Dövlət bayrağımız milli dəyərimizdir
Zəfər Yolunun Aparıcı Zirvəsi
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir