Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir

Azərbaycan balanslaşdırılmış iqtisadi yanaşmaya görə nümunəvi ölkədir - TƏHLİL

2022-08-28 13:30:03 61 baxış
Xəbər şəkil
Qlobal iqtisadiyyatda tənəzzül riskləri artıb, iqtisadi artımla bağlı 2022 və 2023-cü illər üçün proqnozlar əhəmiyyətli dərəcədə pisləşib. Beynəlxalq Valyuta Fondu (BVF) 2022-ci ilin çətin il olduğunu etiraf edib. 2023-cü ilin isə daha da çətin olacağı proqnozlaşdırılır. Əslində, BVF ötən ay qlobal iqtisadiyyat üçün proqnozun növbəti dəfə pisləşdiyini və qlobal tənəzzül risklərinin artdığını açıqlayıb. Bu, başa düşüləndir - BVF-nin sonuncu proqnozu apreldə yenilənib və bu il üçün qlobal iqtisadi artım proqnozu 4,4%-dən 3,6%-ə endirilib. O vaxtdan bəri beynəlxalq maliyyə institutlarının, reytinq agentliklərinin və investisiya banklarının proqnozlarının əksəriyyəti yalnız pisləşib. Beynəlxalq gərginlik, o cümlədən siyasi gərginlik dünya bazarlarında disbalansın yaranmasına gətirib çıxarır. Təəssüf ki, tənəzzül proqnozları özünü doğrultmağa meyllidir - böhran ərəfəsində istehlakçılar, bizneslər, investorlar iqtisadi aktivliyi azaldır, riskli aktivləri satır, bu da vəziyyəti daha da gərginləşdirir. Dünyanın bəzi inkişaf etmiş ölkələrinin qısa icmalı onu deməyə əsas verir ki, iqtisadi tənəzzül təkcə qlobal tendensiyalarla bağlı deyil, çünki bəzən qlobal böhranla paralel aparılan yanlış iqtisadi siyasət ölkə daxilində vəziyyəti daha da gərginləşdirə bilər. Balanslaşdırılmış iqtisadi yanaşma isə əksinə, xarici amillərin mənfi təsirini azaldır. Bu baxımdan Azərbaycanı nümunəvi ölkə adlandırmaq olar. Bütün dünya iqtisadiyyatı yalnız COVID-19 pandemiyasından əziyyət çəkdiyi halda, Azərbaycan bu sınaqla yanaşı İkinci Qarabağ müharibəsindən də başı dik çıxdı. Bu ilin altı ayında Azərbaycan iqtisadiyyatı 6,2%, qeyri-neft iqtisadiyyatı 9,6%, ümumi sənaye istehsalı 2,1%, qeyri-neft sənayesi 11,5% artıb. Əhalinin gəlirləri təxminən 20% artdı. İqtisadi sahədə aparılan islahatlar cari ilin ilk altı ayında vergi sahəsində proqnozdan artıq 2 mlrd. manat vəsaitin yığılmasına imkan verib. Böhran ən çox qida və enerji sektorlarında özünü göstərir. Qlobal iqtisadiyyatın tənəzzülə uğraması fonunda Azərbaycanın makroiqtisadi göstəricilərinin yüksəlməsi onu deməyə əsas verir ki, gələcəkdə ölkədə yarana biləcək istənilən iqtisadi böhrana qarşı uyğunlaşma mexanizmi və güclü iqtisadi immun sistemi formalaşıb. Ölkədə mövcud olan inflyasiya pul kütləsi ilə deyil, xarici amillərlə, yəni idxalla bağlıdır. Belə ki, dünyada iqtisadi durğunluq şəraitində Azərbaycana idxal olunan məhsulların maya dəyərinin qalxması ölkədə idxal inflyasiyası yaradır. Əsas səbəb budur. Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycanda tətbiq olunan mütərəqqi iqtisadi idarəetmə modeli ölkə iqtisadiyyatının sabitliyini səciyyələndirən əsas istiqamətlərdən biridir. Bu gün Qarabağda aparılan yenidənqurma və bərpa işləri çərçivəsində birbaşa xarici investisiyaların cəlb edilməsi ölkəyə yüksək iqtisadi dividendlər gətirə bilər. Xüsusilə, bu investisiyalar çərçivəsində yüksək texnologiyaların transferi iqtisadiyyatın müxtəlif sahələrində əmək məhsuldarlığının artırılmasına imkan yaradacaq. Qlobal çağırışlara baxmayaraq, bu gün Azərbaycan nəinki dayanıqlı iqtisadi artımı təmin edir, həm də nəhəng işlər görür və qarşısında duran bütün vəzifələri yerinə yetirir. Bu, düzəlişlər, eləcə də islahatlar, şəffaflıq və hesabatlılıq nəticəsində mümkün olub. Dünya iqtisadiyyatının növbəti çöküşə batacağı gözləntiləri var. Ancaq bir növ “maliyyə yastıqları” olan ölkələr, o cümlədən Azərbaycan da bu böhrandan minimal itkilərlə çıxa biləcək. Azərbaycanın 55 mlrd. dollarlıq qızıl-valyuta ehtiyatları var, ölkə iqtisadiyyatı davamlı inkişaf edir, ÜDM-in artımı kifayət qədər sabitdir. Ölkə iqtisadiyyatının minimum artım tempi ildə 4,5-5% təşkil edir. Bundan əlavə, qeyri-neft sektorunda da artım müşahidə olunur. 2022-ci ilin əvvəlindən bu sektordan daxilolmalar ümumi gəlirlərin 60%-ni təşkil edib. İndi əsas diqqət həm büdcədə, həm də ölkənin ÜDM-də qeyri-neft sektorunun payının artırılmasına yönəldiləcək. Dünya iqtisadiyyatında bu və ya digər şəkildə baş verənlər Azərbaycandan yan keçmir, çünki ölkə iqtisadiyyatı qlobal iqtisadiyyata inteqrasiya olunub. Dünyada inflyasiya prosesləri, Azərbaycanı öz sosial-iqtisadi siyasətini diqqətlə düşünməyə sövq etdi. Eyni zamanda, Azərbaycan üçün vəziyyət bu cür böhrana və ya digər problemlərə hazırlıqlı ölkələrlə müqayisədə daha asan olacaq. Bu gün Azərbaycanın qlobal tənəzzülün mənfi təsirindən qaçmaq üçün kifayət qədər maliyyə resursları var. Lakin onun təsiri olsa belə, ölkə bu vəziyyəti öz xeyrinə çevirə bilər. Böhran həmişə yeni təkliflərlə yeni bazarlara çıxmaq şansıdır. Azərbaycan iqtisadiyyatının diversifikasiyası, müəyyən sənaye sahələrinin inkişafına yönəlib. Qlobal tənəzzül resurslara, maliyyə imkanlarına və əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycana qeyri-neft sektorunun yeni məhsulları ilə qlobal bazara çıxmağa imkan verəcək. Bundan başqa, həyata keçirilən iri layihələrə gəlincə, xüsusən də işğaldan azad edilən ərazilərdə bütün infrastruktur layihələri yerli maliyyə hesabına həyata keçirilir ki, bu da xarici borcun artmasının qarşısını alacaq. Bu isə öz növbəsində qlobal tənəzzülün Azərbaycana təsirini azaldacaq. Eyni zamanda, ölkədə biznesin liberallaşdırılması gedir - sahibkarlara güzəştli kreditlər verilir, biznesin aparılması üçün şərait yaxşılaşır. Bu, həm də ölkədə iqtisadi fəallığın qənaətbəxş səviyyədə saxlanmasına kömək edəcək.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-12
Konstitusiyadan Zəfərə – müstəqil Azərbaycanın dövlətçilik salnaməsi
2026-11-12
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04